BİZNES

14 Sentyabr

“Binə” Ticarət Mərkəzi bu gün açılır? - RƏSMİ AÇIQLAMA

Bəzi kütləvi informasiya saytlarında gedən məlumata əsasən 14 sentyabr 2020-ci il tarixindən “Binə” Ticarət Mərkəzi öz fəaliyyətini bərpa edəcəkdir. Lakin bildirmək istəyirik ki, Nazirlər Kabinetinin qərarına əsasən koronovirus pandemiyası səbəbindən “Binə” və “Sədərək” Ticarət Mərkəzləri öz fəaliyyətlərini dayandırıb.

Bu barədə “Binə” Ticarət Mərkəzinin rəhbərliyindən bildirilib. Verilən məlumata görə, bəzi saytlarda və sosial şəbəkələrdə “Binə” TM-in açıqlması barədə xəbər həqiqəti əks etdirmir:

“Adları çəkilən Ticarət Mərkəzləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müvafiq qərarından sonra fəaliyyətlərinə başlayacaqlar. Hələ ki, “Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar və fiziki şəxslər öz fəaliyyətlərini onlayn davam etdirirlər. Xahiş edirik, yalan məlumatlara inanmayın”.

(c)AXAR