BİZNES

14 Sentyabr

Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi ARTIB

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 8 682,4 mln. manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7% çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 19% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 10,5% azalıb. İstifadə olunmuş vəsaitin 5 829,5 mln. manatı və ya 67,1%-i məhsul istehsalı sahələrinə, 2 030,6 mln. manatı (23,4%-i) xidmət sahələrinə, 822,3 mln. manatı (9,5%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 356,0 mln. manatını və ya 61,7%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 349,7 mln. manatı və ya 61,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,4%, büdcə vəsaitləri 22,7%, bank kreditləri 6,1%, əhalinin şəxsi vəsaitləri 5,8%, sair vəsaitlər 4%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2% təşkil edib.