BİZNES

11 Sentyabr

Satışdankənar gəlirlər ƏDV bəyannamələrində qeyd olunmalıdırmı?

Müəssisənin əldə etdiyi satışdankənar gəlirlər ƏDV bəyannamələrində qeyd olunmalıdırmı?

Dövlət Vergi Xidmətindən  bildirilib ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən, digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlir hesab edilir.

Satışdankənar gəlirlər ƏDV-nin vergitutma obyektini yaratmır və həmin gəlirlər ƏDV bəyannaməsində göstərilmir.

Kameral vergi yoxlaması zamanı qeyd edilən əməliyyatla əlaqədar olaraq vergi orqanı tərəfindən hər hansı uyğunsuzluq göndərildiyi halda bununla bağlı vergi orqanına müvafiq izahat məktubu təqdim edilə bilər.