BİZNES

11 Sentyabr

Pərakəndə ticarət  dövriyyəsi açıqlanıb-MƏBLƏĞ

2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara  24,6 milyard manatlıq mal satılıb.

 Fins.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki   13,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,3 faiz artmışdır. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.