Azərbaycanda pərakəndə ticarət, kiçik və orta biznes üçün nəzərdə tutulan "Bankoff" maliyyə platforması istifadəyə verilib.
Məlumata görə, özündə müxtəlif bank xidmətlərini birləşdirən "Bankoff" platforması istifadəçilərə bankların təkliflərini müqayisə etməyə və bu platformanı tərk etmədən onları əldə etməyə imkan yaradır.
Platformanın əsas hissəsini təşkil edən "maliyyə bazarı" modulunun məzmun idarəetmə sistemi qismində "Botbox" platforması çıxış edir. "Botbox", maliyyə xidmətləri göstərən şirkətlərə və banklara "Telegram", "WhatsApp" və "Facebook messenger" üzərindən müxtəlif bank və maliyyə əməliyyatları aparmaq üçün həll təqdim edir.
(c)APA