BİZNES

10 Sentyabr

Azərbaycanda külli miqdarda vergidən yayınmaqda şübhəli bilinən şirkət direktoru həbs edilib

"Güllübulaq” MMC-nin baş direktoru Füzuli Adıgözəlov külli miqdarda vergidən yayınmaqda şübhəli bilinərək həbs olunub. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

F.Adıgözəlov 2011-2015-ci illərdə 8,396 milyon manat məbləğində vergidən yayınmaqda, eləcə də alınmış yüklərin gömrük rəsmiləşdirilməsi zamanı 1,885 milyon manat məbləğində pul vəsaitini mənimsəməkdə şübhəli bilinir.

“Sentyabrın 9-da F.Adıgözəlov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda bildirilir.

F.Adıgözəlov barəsində cinayət işi Türkiyə Respublikası vətəndaşının müraciəti əsasında açılıb