2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvaravqust aylarına nisbətən 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil edib.
Fins.az xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsi məlumat verib
Məlumata görə,cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8 faiz, əvvəlki ilin avqust ayına nisbətən 102,8 faiz təşkil edib.
Müəllif: Aynur Qəniyeva