BİZNES

09 Sentyabr

Gürcüstan və Türkmənistan arasında “Xəzər dənizi-Qara dəniz” -lə bağlı müzakirə

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ilə Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredovla arasında onlayn görüş keçirilib.

Görüşdə “Xəzər dənizi-Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizinin perspektivləri əsas müzakirə mövzusu olub.

Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib ki, Əfqanıstan, Türkmənistan, Gürcüstan və Türkiyə arasındakı “Lapis-Lazuli” nəqliyyat dəhlizinin vacibliyi qeyd olunub, bu marşrutun regional iqtisadi-ticari əməkdaşlığın genişlənməsinə və inkişafına təkan verəcəyi xüsusi vurğulanıb.

Tərəflər avtomobil magistralları və dəniz limanlarından səmərəli istifadə olunmaqla beynəlxalq yükdaşımaların həcminin artırılmasının mümkünlüyünü qeyd ediblər.

Bu məqsədlə Gürcüstan-Türkmənistan Hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasının yaxın vaxtlarda keçirilməsinin də vacibliyi diqqətə çatdırılıb.