BİZNES

09 Sentyabr

“İslahat İcmalı” Azərbaycan könüllülərinə həsr olunub

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat İcmalı”nın xüsusi buraxılışı Azərbaycan Respublikasında fəaliyyət göstərən könüllü təşkilatlarına həsr olunub. İcmalda Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları, onların fəaliyyət istiqamətləri, görülən işlər barədə məlumat və fotoşəkillər təqdim olunub.

Fins.az xəbər verir ki, İİTKM-in İslahat Könüllüləri Təşkilatının rəhbəri Nərmin Rəhimli bildirir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsinə dair Sərəncam imzalayıb. Bu il ərzində pandemiya şəraitinə baxmayaraq İslahat Könüllüləri, Regional İnkişaf İctimai Birliyi könüllüləri, ASAN Könüllüləri, Könüllü DOST, “Könüllü gömrükçü” dəstəsi, Miqrasiya Könüllüsü, “Bir” Tələbə-Könüllü proqramı, Aqrar İnkişaf Könüllüləri, Könüllü Qida Nəzarətçisi və digər könüllü təşkilatları aktiv işlər görüb, müxtəlif mövzularda videokonfrans formatında təlim və seminarlar təşkil ediblər.

            “İslahat İcmalı” ilə iqtisadiislahat.org saytının icmallar bölümündə tanış olmaq mümkündür.