BİZNES

09 Sentyabr

"Start.up! Almaniya Turu"na qeydiyyat başlayır

"Start.up! Almaniya Turu-na qeydiyyat başlayır
 
Fins.az xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) AHK Azerbaijan - The German-Azerbaijani Chamber of Commerce Azərbaycandakı startaplara Alman şirkətləri və Alman bazarı ilə əlaqə yaratmaq məqsədilə unikal rəqəmsal "Start.up! Almaniya Turu" proqramını təqdim edir.Fins.az xəbər verir ki, proqram İnnovasiyalar Agentliyi, Alman Ticarət və Sənaye Palatalar Birliyi (DIHK) və Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
 
Məlumata görə,Almaniyanın işgüzar mühiti haqqında dəyərli məlumatlar verən bir sıra rəqəmsal seminarlara (10 sentyabr 2020-ci il tarixindən etibarən) əlavə olaraq, 25-28 oktyabr 2020-ci il tarixlərində keçiriləcək 25 ölkədən qatılan 100-ə yaxın startapın iştirak edəcəyi  "Start.up! Almaniya Turu"na ağıllı şəhər, logistika və "insuretech" sahələrini təmsil edən ilk üç startap dəvət olunacaq. 
 
“Start.up! Almaniya turu" öncəsi seminarlar üçün son qeydiyyat tarixi hər seminardan 24 saat əvvəl sona çatacaq. 
 
"Start.up! Almaniya Turu” üçün son qeydiyyat tarixi 22 sentyabr 2020-ci il olacaq. 
 Qeydiyyat üçün: //www.startupgermany-azerbaijan.com/

Müəllif:Aynur Qəniyeva