BİZNES

08 Sentyabr

Sədərək Ticarət Mərkəzinin rəhbərliyi ilə bağlı mübahisəli məqama AYDINLIQ GƏTİRİLİB

Sədərək Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin vəzifəsindən uzaqlaşdırılmasına dair xəbərlər yalandır.

Məsə ilə bağlı “Sədərək Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimbəyli açıqlama verib

O, bu əsassız məlumatı yayan bəzi saytlarının onun sözlərini fərqli mənada yayımladığı, həmçinin sözügedən müəssisə rəhbərinin soyadını yanlış qeyd etdikləri üçün narazı olduğunu bildirib:

“Saytlar Yusif Qədimbəylinin soyadını “Qədiməliyev” kimi qeyd ediblər. İri ticarət mərkəzləri dövlət qurumları deyil ki, təsisçiləri vəzifəyə təyin edilsin, və ya azad edilsin. Yusif Qədimbəyli Sədərək Ticarət Mərkəzinin təsisçisi olaraq vəzifəsinin başındadır”.

Kəmaləddin Qədim müəssisənin Operativ Qərargahın karantin rejimi dönəmində iri ticarət mərkəzlərinin iş fəaliyyətini müvəqqəti dayandırması ilə bağlı qərarına əməl etdiyini də qeyd edib:

“Hazırda “Sədərək” Ticarət Mərkəzi yalnız onlayn satışla məşğuldur. Mühafizə xidmətinin əməkdaşları və işçilərimiz səfərbər olaraq, dövlətimizin qoyduğu qaydalara əməl etməyə çalışır. Sədərək Ticarət Mərkəzi dövlətin ən böyük vergi ödəyicilərindən biridir”.

(c)axar