BİZNES

08 Sentyabr

İxracatçılar Klubunun “Worldfood 2020” sərgisində iştirak edəcək sahibkarlarla görüşü

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun Moskvadakı "Worldfood 2020" beynəlxalq sərgisində iştirak edəcək sahibkarlarla onlayn formatında görüşü keçirilib.

AZPROMO-dan fins.az-a verilən məlumata görə 30-dək şirkətin nümayəndəsinin iştirak etdiyi görüşdə ixracın təşviqi, ixrac qabiliyyətli məhsulların beynəlxalq bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər, "Worldfood 2020" sərgisi, eləcə də sərgidə iştirak qaydaları barədə məlumat verilib. Şirkətlərin pandemiya səbəbi ilə ixrac zamanı xarici bazarlarda üzləşdikləri çətinliklərlə bağlı İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən göstərilən dəstək mexanizmləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində ixrac prosedurları ilə bağlı sahibkarlara maraqlı olan məsələlər müzakirə edilib, AZPROMO-nun bu istiqamətdə göstərdiyi xidmətlər haqqında məlumat verilib və sahibkarların sualları cavablandırılıb.