Azərbaycanda daimi qulluq tələb edən uşağa və yaxud I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçisinin və qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 200 manat məbləğində azaldılması təklif olunur.
Bu, Milli Məclisə daxil olmuş “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, azadolma məbləği 100 manatdır