BİZNES

07 Sentyabr

Azərbaycanın Rusiyaya ixrac etdiyi şərabdan əldə etdiyi gəlir 55% azaldıb

2020-ci ilin ilk yarısında Azərbaycan 1 milyon 546,51 min dollara 110,53 min dekalitr şərab və şərab məhsulları ixrac edib.

Fins.az xəbər verir ki, 2019-cu ilin eyni dövrü ilə müqayisədə ixrac 52,2%, gəlir 48,2% azalıb.

Şərab məhsullarının əsas ixracatı Rusiyanın payına düşür. Xüsusilə, 2020-ci ilin yanvar-iyun aylarında Rusiya Federasiyasına 1 milyon 108.93 min dollar həcmində 95.6 min dekalitr  ixrac edilib. Ölkənin bütün şərab ixracatının 71,7% -i Rusiya payına düşür.

Bundan əlavə, hesabat dövründə Azərbaycan Çin, Estoniya, İsrail, Polşa və bir sıra digər ölkələrə şərab ixrac edib.

Müəllif:Aynur Qəniyeva