Bəzi kütləvi informasiya vasitələrində ictimai nəqliyyatda şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı məlumatlar yayılır.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yayımladığı məlumatda qeyd edir ki,bildiririk ki, şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməmiş və Şurada hazırda bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 30.07.2018-ci il tarixli Qərarına əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib.
Müəllif:Aynur Qəniyeva