Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 3 ssenari üzrə (neftin qiyməti 35 dollar, 40 dollar və 45 dollar) proqnozlara əsasən, 2020-ci ilin sonunda ÜDM istehsalının azalması gözlənilir.
Bu barədə Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasına istinadən xəbər verir.
Həmin proqnozlara görə, neftin qiyməti 35 dollar olarsa, bu il ölkədə ÜDM istehsalı 4,3% azalacaq.
Neftin qiyməti 40 dollar götürüldüyü ssenaridə 2020-ci ildə ÜDM real ifadədə 3,7% az olmaqla 70,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM-i 2,9% az olmaqla 50,4 mlrd. manat həcmində proqnozlaşdırılır.
Neftin qiyməti 45 dollar olarsa, ÜDM istehsalının bu il 2,9% azalacağı gözlənilir.
Gələn il üçün isə ÜDM-in artım tempi ssenarilərə müvafiq olaraq 3%, 3,4%, 3,8% artacağı proqnozlaşdırılır.
ÜDM-in sektorlar üzrə real artım tempi:
Sektorlar |
Real artım tempi |
ÜDM-də payı |
Neft və qaz sənayesi |
3,0% |
27,6% |
Ticarət |
2,3% |
11,4 |
Nəqliyyat |
3,2% |
7,3% |
Kənd təsərrüfatı |
4,9% |
7,4% |
Turizm |
35,7% |
1,5% |
Qeyri-neft sənayesi |
8,1% |
5,6% |
İnformasiya və rabitə |
9,0% |
2,1% |
Xidmətlərin istehsalı |
3,2% |
42,2% |
Sosial və digər xidmətlər |
1,2% |
19,8% |
Məhsula və idxala vergilər |
3,3% |
9,7% |
(c)APA