Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov ilə Azərbaycan Respullikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev arasında keçirilən görüş də ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın inkişaf istiqamətlərinə və prioritet sahələrlə bağlı müzakirələrə həsr edilib
Fins.az xəbər verir ki,M.Musayev səfiri salamlayaraq yeni təyinatı münasibətilə onu təbrik etmiş və işlərində uğurlar arzulayıb. Özbəkistana olan səfərlərini və orada keçirilən biznes forumların səmərəli olduğunu qeyd edən Konfederasiyanın prezidenti Daşkəndin ona doğma şəhər olduğunu vurğulanıb.
Səfir B.Aşrafxanov xoş sözlərə görə ASK prezidentinə təşəkkür edərək sentyabrın 4-də Özbəkistanda MDB dövlətlərinin sahibkarlıq üzrə palatalarının görüşündə M.Musayevin fəxri qonaq qismində çıxış edəcəyini bildirib. “Özbəkistanda çalışan sahibkarların və onları təmsil edən qurumların konfederasiya ilə əməkdaşlığa böyük marağı vardır və bu əməkdaşlığımız əminəm ki, hər iki dövlət üçün faydalı olacaqdır”, - deyə səfir vurğulanıb
Səfir Ələt iqtisadi zonasında Özbəkistan və Azərbaycan sahibkarlarının müəssisələrinin tekstil, ərzaq, dərman istehsalı sahəsində birgə müəssisələr yarada biləcəyini bildirib. O qeyd etmişdir ki, hazırda Özbəkistan şirkətinin iştirakı ilə Hacıqabulda avtomobil zavodu inşa olunur və orada “General Motors” ilə birlikdə avtomobil istehsal etmək planlaşdırır. Azərbaycanda yetişdirilən fındıq, nar sortlarına Özbəkistanda böyük maraq olduğunu vurğulayan səfir bununla bağlı regionlara səfər etdiyini bildirmişdir. B.Aşrafxanov Bakını Özbəkistana gedən tranzit yüklər üçün mərkəz funksiyası daşımasını arzuladığını bildirərək bununla bağlı konkret işlər görüldüyünü söylənib.
M.Musayev səfiri maraqlandıran sahələrlə bağlı, ASK-nın İdarə Heyətində təmsil olunan assosiasiyalar barədə səfirə məlumat verib. Azərbaycan sahibkarlarının Özbəkistana böyük marağının olduğunu qeyd edərək iki türk dövləti arasında iqtisadi əməkdaşlığın genişlənməsi naminə qarşıya qoyulan hədəflərə çatmaq üçün ASK-nın əlindən gələni əsirgəməyəcəyini vurğulanıb Görüşün sonunda iki ölkə arasında iqtisadi, humanitar, mədəni əlaqələrin genişləndirilməsi üçün Azərbaycan Sahibkarlar Konfederasiyası ilə səfirlik arasında əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Müəllif:Aynur Qəniyeva