Azərbaycanın dövlət borcuna xidmət xərcləri üçün 2021-ci il dövlət büdcəsində 2 351,8 mln. manat məbləğində vəsait nəzərdə tutulub.
Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb
Məlumata görə, göstərilən vəsaitin 1 787,3 mln. manat məbləğində hissəsi birbaşa xarici dövlət borcuna xidmət xərclərinə, 417,4 mln. manat məbləğində hissəsi bir sıra dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş öhdəliklərin təmin olunmasına, yerdə qalan 147 mln. manat məbləğində hissəsi isə daxili dövlət borcuna xidmət xərclərinə yönəldiləcək.
Müəllif:Aynur Qəniyeva