BİZNES

01 Sentyabr

MİDA Gəncədə yaşayış kompleksində kombilərin və sayğacların quraşdrılmasına 1,4 milyon manatdan artıq vəsait yönəldəcək

MİDA" MMC Gəncə şəhərində yaşayış kompleksində mənzillər üçün kombilərin, su və elektrik sayğaclarının quraşdırılması üzrə podratçıları müəyyən edib.

www.tender.gov.az saytının məlumatına görə, MİDA "RF İnşaat" MMC ilə su sayğaclarının quraşdırılmasına dair 258 min 502,84 manat məbləğində müqavilə imzalayıb. Kombilərin quraşdırılmasına dair tenderin qalibi "İnteqral" QSC olub. Şirkətlə 756 min 13,79 manat məbləğində müqavilə imzalanıb.

Elektrik enerjisi sayğaclarının quraşdırılması ilə "Bakelektro" ASC məşğul olacaq. Şirkətlə 403 min 356,1 manat məbləğində müqavilə imzalanıb.

Yaşayış kompleksi Gəncədə Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə tikiləcək.

Hazırda MİDA Yasamal rayonunda 2, Hövsan qəsəbəsində 1 yaşayış kompleksinin tikintisini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılmasına başlayıb.