BİZNES

31 Avqust

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 115 mln dolarlıq ixrac

2020-ci ilin yanvar-avqust aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $114,8 milyon dəyərində ixrac həyata keçirilib.

Fins.az xəbər veir ki,bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.

Yanvarda bu göstərici $13,8 milyon, fevralda $8,1 milyon, martda $15,3 milyon, аpreldə $1,9 milyon, mаyda $15,5 milyon, iyunda $23,7 milyon, iyulda $17 milyon, avqustda $19,5 milyon  təşkil edib.