BİZNES

31 Avqust

Azərbaycan qeyri-neft sektoru üzrə ən çox bu ölkəyə məhsul ixrac edib

 Bu ilin yanvar-iyul ayları ərzində Rusiyaya 418,6 milyon, Türkiyəyə 205 milyon, İsveçrəyə 107,6 milyon, Gürcüstana 84,2 milyon və Çinə 31,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Fins.az xəbər verir ki,2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin 7 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 5,7 faiz,  İsveçrəyə 21,9 faiz və Çinə 60,9 faiz artıb.

Müəllif:Aynur Qəniyeva