İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin avqust sayı təqdim edilib. Fins.az-ın məlumatına görə,2020-ciilin ilk yeddi ayı ərzində Azərbaycanın ixracı 9,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1 milyard 35 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyətlə bağlı qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 98 milyon ABŞ dolları və ya 8,6 faiz azalıb.
Müəllif:Aynur Qəniyeva