BİZNES

31 Avqust

Bu il Tovuzda əsas kapitala 24,3 faiz çox investisiya yönəldilib

Bu ilin birinci yarısında Tovuz rayonunda bütün mülkiyyət formalarından olan müəssisə, təşkilat və vətəndaşlar tərəfindən iqtisadiyyatın və sosial sferanın inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 30718,6 min manat və ya əvvəlki ilin eyni dövründən 24,3 faiz çox investisiya yönəldilib.

Tovuz Rayon Statistika İdarəsindən bildirilib ki, bu dövrdə dəyəri 2765,0 min manat, ümumi sahəsi 12295 kvadratmetr olan 113 fərdi yaşayış evi istifadəyə verilib.

Rayon üzrə adambaşına düşən əsas kapitala yatırılan investisiyalar əvvəlki ilə nisbətən 23,2 faiz artaraq 174,2 manat olub.

Cari ilin yanvar-iyun aylarında tikinti təşkilatlarında faktiki işləmiş işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 50,8 faiz azalaraq 152 nəfər olub. Bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 450,9 manat olub. Bu 2019-cu ilin müvafiq dövrü ilə müqasiyədə 52,3 faiz çoxdur.