BİZNES

28 Avqust

Azərbaycanda \"e-imza\" istifadəçilərinin sayı iyulda kəskin artıb

Bu ilin iyul ayı ərzində Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 12 681 elektron imza ("e-imza") sertifikatları verilib.

Bu barədə Məlumat Hesablama Mərkəzindən (MHM) bildirilib.

İyul ayında verilən "e-imza" sertifikatların sayı iyun ayına nisbətən 2,5 dəfə artıb.

Ümumilikdə, cari ilin yanvar-iyul ayları ərzində MHM tərəfindən istifadəyə verilən “e-imza” sertifikatlarının sayı 21 110 ədəd təşkil edib. Bu sertifikatlardan 8 366 ədədi dövlət qurumlarının, 4 476-sı hüquqi şəxslərin, 4 758-i fiziki şəxslərin və 3 510-u sahibkarların payına düşüb.

(c)APA