İndiyədək 379 sahibkarlıq subyektinin 455 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib.
Fins.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, investisiya təşviqi sənədi verilmiş layihələrin 59%-i sənaye, 40%-i kənd təsərrüfatı, 1%-i isə turizm sahəsini əhatə edir.
Məlumata görə bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 4,18 milyard manatadək investisiya yatırılacağı, 29,6 mindən çox yeni iş yerinin açılacağı nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 87%-i regionların payına düşür.
İnvestisiya təşviqi sənədi verilmiş 300-dən artıq layihə artıq fəaliyyətə başlayıb və 25 mindən artıq iş yeri yaradılıb. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan məhsullar Rusiya, Gürcüstan, BƏƏ və digər ölkələrə ixrac olunur.
Müəllif:Aynur Qəniyeva