BİZNES

28 Avqust

Bakıda bu obyektlərin qiyməti bahalaşdı

Bakıda ötən ay ərzində kommersiya obyektlərinin qiymətində bahalaşma qeydə alınıb.

Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov açıqlamasında iyul ayı ərzində kommersiya obyektlərinin satış bazarında 1 kvadrat metrin qiymətinin 2803 manatdan 3063 manata qədər bahalaşdığını və artımın 9.28 faiz təşkil etdiyini bildirib. Əsas artım xidmət sahələrində, ofis sahələrində baş verib.

Ekspertin sözlərinə görə, obyektlərin icarə qiyməti isə ucuzlaşıb. Bir obyektin orta kirayə qiyməti 3273 manatdan 3097 manata qədər azalıb və azalma 5.38 faiz təşkil edib.

Ümumi daşınmaz əmlak bazarında 2.87 faiz azalma qeydə alınıb.

(c)trend