BİZNES

28 Avqust

\"Microsoft Teams\" Azərbaycan dilinə tərcümə olunur

“Microsoft Teams” platforması Azərbaycan dilinə tərcümə olunur.
Fins.az xəbər verir ki, bunu COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.

O bildirib ki, bununla bağlı “Microsoft Teams” şirkətinə müraciət olunub və artıq tərcümə prosesi gedir. Yay aylarında isə şirkət tərəfindən 30 min istifadəçiyə proqramdan istifadə qaydaları ilə bağlı təlim keçilib.