BİZNES

27 Avqust

Gürcü şirkətinin Azərbaycan holdinqi tərəfindən alınması... - İrəvandan narahatlıq reaksiyası

Ermənistan Gürcüstanda “Kavkazus Onlayn” şirkətinin səhmlərinin 49%-nin azərbaycanlı sahibkara satılmasıyla bağlı prosesi diqqətlə izləyir.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Yüksəkt Texnologiya Sənayesi naziri Akop Arşakyan deyib.

“Bizim gürcü tərəfdaşlarımız hazırda bu məsələ ilə məşğuldurlar və mən hətta bunu şərh etmək istəməzdim. Ona görə ki, söhbət kommersiya prosesindən gedir. Biz situasiyanı diqqətlə izləyirik, görək bu, nə ilə bitəcək”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə “Kavkazus onlayn” şirkətinin 100% səhmi Azərbaycanın NEQSOL şirkəti tərəfindən alınıb. Bir müddət öncə rəsmi Tiflis şirkətdən səhmləri əvvəlki qaydasına gətirməyi və razılaşmanı ləğv etməyi tələb edib.

(c)Axar