Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AzInTelecom MMC Məlumat Mərkəzi infrastrukturunun və şəbəkə sisteminin idarə olunması üzrə mütəxəssisin xidmətlərinin ödənişi üçün təqribən 1 milyon manat yönəldəcək.
Www.tender.gov.az saytının verdiyi məlumata görə, AzInTelecom Caspian Consolidated Services MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin məbləği 998,818.08 manatdır.
AzInTelecom tərəfindən idarə olunan Məlumat Mərkəzi 2016-cı ilin dekabrında açılıb
AzInTelecom MMC 2015-ci ilin iyun ayında Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılıb. Şirkət Azərbaycanla xarici ölkələr arasında səsli trafik mübadiləsi, Azərbaycana idxal olunan telekommunikasiya avadanlıqlarının sertifikatlaşdırılması və digər xidmətlərin göstərilməsi üzrə ixtisaslaşıb.