Nardaranda fəaliyyət göstərən daş karxanasının istismarı zamanı ətrafa tozun və səs-küyün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan çoxsaylı şikayətlər araşdırılıb.
Xidmətin rəis müavini Ramal Bağırov fins.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə “Nardaran Daş Karxanası LTD” MMC-nin fəaliyyəti zamanı ətrafa tozun və səs-küyün yayılması faktı təsdiqini tapıb.
“Ətrafa səs-küy və tozun yayılmasının qarşısının alınması məqsədilə müəssisənin direktoruna məcburi göstəriş verilib