"Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) layihəsinin davam edilməsini və mövcud şəbəkənin baxım işlərinin görülməsini təmin etmək məqsədilə tələb olunan mal-materialların satın alınmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.
"Elektron satınalma" portalında verilən məlumata görə, tender komissiyasının qərarına əsasən, "Baktelecom"un elan etdiyi tenderin qalibi "Touchess" şirkəti seçilib. Şirkətlə ümumi dəyəri 944 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.
(c)APA