BİZNES

26 Avqust

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindan məcburi köçünlərin sahibklarıq fəaliyyətinə dəstək 

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin sifarişi ilə “Finance and Social Innovation Consulting” MMC, subpodratçı olaraq, hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin hədəf ərazilərində yaşayan məcburi köçkünlər arasında biznesə başlamaq və digər gəlir gətirən fəaliyyətləri həyata keçirməyin zəruriliyini  müəyyən etmək üçün ehtiyac qiymətləndirməsini aparır və biznes fəaliyyətlərini və benefisiarlar üçün biznes məsləhətləşmələrini formalaşdırmaq məqsədilə bazar təhlili və dəyər zənciri təhlinini həyata keçirir.

Fins.az xəbər verir ki, artıq bu məqsədlə 750-dən artıq respondenti – hədəf bölgələrdə yaşayan və biznesə başlamaq və ya mövcud biznesini inkişaf etdirmək istəyən məcburi köçkünü əhatə edən müvafiq sorğu və müsahibələr keçirilmişdir. Demək olar ki, bütün respondentlər öz bacarıq və biliklərinə uyğun sahədə və tələbat hiss edilən biznes fəaliyyətlərinə başlamağa və ya bu cür fəaliyyətləri genişləndirməyə dərin maraqlarının olduğunu bildirmişlər.

Bütün zəruri tədqiqat və sorğu məlumatları təhlil edildikdən sonra BMqT-nin təyin olunacaq iki regionda təşkil edəcəyi biznes təlimlərinə qatılmaq üçün sorğuda iştirak edən 50 nəfər namizəd seçiləcək. Təlimləri uğurla başa vuran və bizes planları bəyənilən 20 nəfər öz sahibkarlıq fəaliyyətinə başalamaq üçün BMqT tərəfindən maliyyə dəstəyi alacaqlar.

BMqT-nin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirdiyi adı çəkilən layihəsi çərçivəsində Azərbaycanın yeddi hədəf bölgəsində - Füzuli, Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Gəncə və Göygöldə məcburi köçkünlər üçün gəlir gətirən fəaliyyətlərə başlamaları və davam etdirmələri üçün əlverişli mühit yaradan kiçik biznes təşəbbüslərinə dəstək verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, adı çəkilən dörd illik layihə çərçivəsində məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası vasitəsilə bu ərazidə yaşayan 8 mindən artıq ailəni təhlükəsiz və davamlı su ilə təmin etmək məqsədini daşıyır. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisi də özündə cəmləşdirən komponentlərə malikdir.