BİZNES

24 Avqust

DSMF informasiya sistemlərin dəstəklənməsinə 1,3 min manat xərcləyəcək

"Dövlət Sosial Müdafiə Fondu" Publik Hüquqi Şəxsi Fondun server avadanlıqlarına, Fond tərəfindən həyata keçirilən elektron xidmətlərə, informasiya ehtiyatlarına və sistemlərinə dəstəyin göstərilməsi xidmətlərinin satınalınmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.
Fins.az-ın  "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Fondun elan etdiyi tenderin qalibi "AİSTGROUP" MMC seçilib.
Şirkətlərlə ümumi dəyəri 1,3 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.