25 avqust tarixində, saat 11:00-da baş tutacaq "Made in Uzbekistan Textile" onlayn biznes forumunun plenar iclası keçiriləcək.
Fins.az xəbər verir ki,iclasda Özbəkistan Respublikasının xarici işlər nazirliyi, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), “Uztekstilprom” assosiyasiyası, Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələrinin iştirakı gözlənilir.