Smartfonlar məlumatları təkcə geolokasiya bağlı olanda deyil, həm də söndürüldükdə ötürür. Bu məlumatlar həm cihaz istehsalçılarına, həm də mobil operatorlara göndərilir.
“Praym”ın məlumatına görə, bu barədə Rusiyanın “Jet infosistemləri” şirkətinin şəbəkə həlləri satışına dəstək qrupunun rəhbəri Dmitri Karosanidze bildirib.
Onun sözlərinə görə, “təyyarə rejimi”ndə olsa belə, smartfonun yerini izləmək mümkündür.
Mütəxəssis bildirib ki, ancaq batareyanı cihazdan çıxarmaqla (hansı ki, müasir cihazlarda bu mümkün deyil) nəzarət üçün tamamilə əlçatmaz olmaq mümkündür.
“Düyməli telefonlar da siqnal ötürür, lakin bu vəziyyətdə batareyanı cihazdan çıxarmaq daha asandır”, - deyə D. Karosanidze əlavə edib.
O bildirib ki, smartfonu müxtəlif radioşüalanmaya qarşı qoruyan xüsusi çexola yerləşdirmək də onun yerini müəyyənləşdirməyin qarşısını alır.