Rusiya Çindən 10 milyard dollarlıq yatırım istəyib.
Fins.az xəbər verir ki, Rusiya iki layihə üçün Çinə müraciət edib.
Avqustun 19-da baş tutan iclasda İqtisadi İnkişaf Nazirliyinin Xarici İqtisadi Fəaliyyətə Analitik Dəstək Departamentinin direktoru Pavel Snisorenko ümumi dəyəri 10 milyard dollar olan iki nəhəng investisiya layihəsini təqdim edib.
Birincisi - Leninqrad vilayətinin Ust-Luga kəndi yaxınlığında yerləşəcək etan tərkibli qazın emalı kompleksinin inşasıdır.
İkinci - Rusiya-Çin sığorta şirkətinin yaradılmasıdır.
Tuncay Türbəndəzadə