Bu ilin iyulun 1-nə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 192 nəfər olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfədən çox azdır.
İşçilərin 28,5%-i tikintidə, 25,7%-i mədənçıxarma sənayesində, 9,6%-i emal sənayesində, 6,4%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5 %-i təhsil və 18,4%-digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.
Qeyd edək ki, 2019-cu ilin iyulun 1-nə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2 677 nəfər olub. Onlardan 28,3%-i tikintidə, 25,4%-i mədənçıxarma sənayesində, 10,7%-i emal sənayesində, 8,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,1%- təhsil, 4,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri və 17,3%-i digər sahələrdə fəaliyyət göstəriblər.
(c)APA