BİZNES

20 Avqust

Ticarətə Hazır layihəsinin ikinci hissəsi başa çatıb

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının “ITC” (İnternational Trade Center) ilə birlikdə “Ticarətə Hazır: e-Logistics” layihəsi çərçivəsində keçirilən təlimləri yekunlaşıb.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən fins.az-a daxil olan məlumata görə, Azexport.az portalının rəhbəri Ayxan Qədəşov bildirir ki, “Zoom” tətbiqi vasitəsilə onlayn olaraq həyata keçirilən təlimə ümumilikdə 150-dən artıq sahibkar qatılıb.  

Təlimlər əsasən Sinqapur Loqistika Assosiasiyasının idarə heyətinin üzvü, ASEAN-nın və digər nüfuzlu qurumların nümayəndəsi olan EE Khong Kie, Max tərəfindən tədris olunub. İngilis dilində tədris olunan təlimlər sinxron olaraq Azərbaycan dilinə də tərcümə olunub. Təlim ərəfəsində iştirakçılara loqistika əməliyyatları, loqistika infkrastrukturu, COVID-19 dövründə loqistikanın təşkili, həmçinin, beynəlxalq loqistikanın sinifləndirilməsinə dair geniş məlumatlar təqdim olunmuşdur.

Qeyd edək ki, Təlimlərdə 70 faizdən artıq iştirak göstəricisi olan 39 iştirakçıya “QR kod” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikat verilib.

Müəllif:Aynur Qəniyeva