Karantin rejimi dövründə iyul ayı ərzində daşınmaz əmlak bazarında 971 ədəd kirayə mənzil olub. Onlar arasında aparılan təhlil göstərir ki, iyul ayı ərzində bir mənzilin aylıq kirayəsinin ortalama qiyməti 842 manatdan 765 manata düşüb. Faizlə desək, iyul ayı ərzində kirayə mənzillərin qiyməti 9,14% azalıb.
Bu sözləri mövcud koronavirus pandemiyası dövründə kirayə mənzil bazarında vəziyyəti təhlil edən əmlak üzrə ekspert Nüsrət İbrahimov açıqlamasında deyib. O bildirib ki, cari ay ərzində kirayə mənzillərin bir kvadrat metrinin dəyəri 7 manat 93 qəpikdən 7 manat 68 qəpiyə düşüb. Yəni, burada da 3,3% azalma özünü göstərir:
“Bahalı mənzillər üzrə iyul ayında əmlak bazarında 1000 manata təklif edilən kirayə mənzillərin qiymətlərində 7,93%, 500 manatdan yuxarı, 1000 manata qədər olan mənzillərdə isə 3,69% azalma müşahidə edilib. 500 manata qədər olan kirayə mənzillərin qiymətində 5,76% azalma var. Yəni ən çox azalma bahalı mənzillərin qiymətlərində hiss olunur. Pandemiya müddətində - iyul ayı ərzində mənzil bazarındakı vəziyyət, qiymətlərin düşməsi bir qədər gözlənilən idi”.
N.İbrahimov qeyd edib ki, ümumilikdə ötən ilin eyni dövrü ilə müqayisədə kirayə mənzillərin qiymətində artım var. Əsasən may-iyun aylarında mənzil bazarında qiymətlər kəskin şəkildə artıb.
(c)oxu.az