BİZNES

18 Avqust

Saratov vilayətinin ixrac strukturunda Azərbaycanın payı 6% təşkil edib

Bu ilin yanvar-iyun aylarında Saratov vilayətinin ixrac strukturunda Azərbaycanın payı 6% təşkil edib.
“Rusiya İxracatçıları”-nın məlumatına görə, bu ilin ilk altı ayında Saratov vilayətinin ixracı 629,78 milyon dollar olub. Ötən ilin müvafiq göstəricisi ilə müqayisədə Saratov vilayətinin xarici ticarət dövriyyəsi 5% artıb, ixracat isə əvvəlki ilin səviyyəsində qalıb.

İxrac strukturunda ərzaq məhsulları və kənd təsərrüfatı xammalının (52%), metalların və onlardan hazırlanan məhsulların (2 dəfə) tədarükü artıb.

Saratov vilayətinin xarici ölkələrlə ticarət dövriyyəsi 711,59 mln. dollar (2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 1% atıb), MDB ölkələri ilə 285,04 mln. (artıb 19%), xüsusən də, Avrasiya İqtisadi Birliyi üzvü olan ölkələrlə isə 164,27 mln. dollar (artım 22%) təşkil edib.

Saratov vilayətinin ticarət tərəfdaşları 99 ölkə olub. Əsas ixrac istiqamətləri Qazaxıstan (14%), Braziliya (13%), Türkiyə (12%), Almaniya (6%), Azərbaycan (6%), Özbəkistan (5%), Belarus (5%), Latviya ( 4%) və Polşa (4%) olub.

 

(c)APA