BİZNES

17 Avqust

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən tenderlərlə bağlı YENİ TƏLƏB

13 avqust 2020-ci il tarixdən etibarən elektron satınalma vasitəsilə həyata keçirilən açıq tenderlərin nəticələri haqqında dövlət satınalmalarının vahid internet portalında formalaşan tender komissiyasının yekun protokolu qaydalara əsasən çap olunmalıdır. 

 "Elektron satınalma" portalında yayımlanan məlumata görə, protokol tender komissiyasının bütün üzvləri tərəfindən imzalandıqdan sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmalıdır.

(c)APA