BİZNES

14 Avqust

Azərbaycana əczaçılıq məhsullarının idxalı 65,9% artıb

Dövlət Gömrük Komitəsindən (DGK) fins.az-a verilən məlumata görə, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana dərman məhsulları idxalı 214 milyon 67.17 min dollar təşkil edib.

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan 214 milyon 67.17 min dollara (artım 38.2%) 13.339.59 ton (artım 65.9%) əczaçılıq məhsulu idxal edib.

Komitədən verilən məlumata görə, 2020-ci ilin iyununda Azərbaycana 33.284.000 dollar dəyərində 1.595.24 ton əczaçılıq məhsulları idxal edilib.

Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycana 296.531.79.000 ABŞ dolları dəyərində 16.526.55 ton əczaçılıq məhsulu idxal edilib.

Müəllif:Aynur Qəniyeva