BİZNES

10 Avqust

AZPROMO \"Worldfood 2020\" sərgisində vahid stenddə təmsil olunmaq üçün dəvət edir

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi "Worldfood 2020" beynəlxalq ərzaq və içki sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu -AZPROMO məlumat yayımlayıb 

Məlumata görə sərgi  Rusiya Federasiyasının Moskva şəhərində 22-25 sentyabr 2020-ci il tarixlərində keçiriləcək 

Bildirilir ki,vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 30 şirkət.İştirakçılar müsabiqə əsasında seçiləcək.Sərgi qida sənayesi, spirtli içkilər sahələrini əhatə edir. Sərgidə iştirak üçün müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)dur.

Müsabiqə 14 avqust 2020-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

Müəllif:Aynur Qəniyeva