Baki Telefon Rabitesi MMC (Bakı Telefon Rabitəsi) Bakının Yasamal rayonundakı inzibati bina və ona bitişik köməkçi tikililərin təmirinə 1 milyon manata yaxın vəsait yönəldəcək
Www.tender.gov.az saytında olan materiallarda qeyd olunduğu kimi, bu işlərin görülməsi üçün ANN GROUP MMC ilə müqavilə imzalanıb.
Müqavilənin dəyəri 904 465,4 manatdır.
Baki Telefon Rabitesi MMC Bakı şəhərində dövlət orqanlarına və idarəetmə orqanlarına, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə və onların nümayəndəliklərinə və əhaliyə fasiləsiz telefon rabitəsi, radio rabitə, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərini təqdim edir.