Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin onlayn video-konfrans formatında hesabat iclası baş tutmuşdur. İclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının 2020-ci ilin birinci yarısı ərzində gördüyü işlərə dair hesabat dinlənilmiş, eyni zamanda sahibkarlarları narahat edən məsələlər müzakirə edilib
Fins.az xəbər verir ki, iclas Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin sədrliyilə keçmişdir. İclası açıq elan edən M.Musayev respublika Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıldığını, bu istiqamətdə ölkəmizin qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynadığını qeyd etdi. M.Musayev eyni zamanda pandemiya dövründə hökümət tərəfindən iqtisadi artıma və sahibkarlığa edilən güzəştlərin sahibkarlar tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulanıb..
Konfederasiyanın baş katib əvəzi Kristina Məmmədova COVİD-19 pandemiyası ilə əlaqədar karantin qaydaları çərçivəsində ASK-nın fəaliyyətinin davam etdiyini bildirmiş və bu ilin birinci yarısında ASK-ya qəbul olunan yeni üzvlər, sahibkarlardan daxil olan müraciət və təkliflərin əsas məzmunu barədə məlumat vermişdir. Konfederasiya prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə pandemiya dövründə sahibkarlarla keçirilən iclaslar, müzakirə olunan əsas mövzular və dövlət qurumları ilə ASK arasında mövcud olan Əməkdaşlıq Şuralarının fəaliyyəti haqqında Rəyasət Heyətinə hesabat verilib.
Sonra sahibkarlar karantin dövründə biznesin genişləndirilməsi istiqamətlərini müzakirə etmişdir. “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gözəl Prezident cənab İlham Əliyevin su çatışmazlığının həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirdiklərini və bu işdə sahibkarların da fəal iştirak etməli olduğunu bildirdi. A.Gözəl həmçinin yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə yerli istehsalın artırılmasının vacibliyini vurğulamışdır.
ASK-nın vitse-prezidenti Vüqar Abbasov maliyyə əlçatanlığı məsələsini gündəmə gətirmişdir. Yerli istehsala dəstək məqsədilə qanunvericilikdə dəyişikliklər edilməsi və bu dəyişiklərin çevik olması, dövlət-özəl dialoqunun dərinləşdirilməsi təklif olunmuşdur.
Rəyasət Heyətinin üzvü Səkinə Babayeva son dövrlərdə təhsil, turizm sektorunda çalışan qadın sahibkarların fəaliyyəti barədə məlumat verib
Müəllif:Aynur Qəniyeva