2020-ci ilin birinci yarısında vergi ödəyiciləri tərəfindən Azərbaycan dövlət büdcəsinə həddən artıq köçürülmüş vəsaitlərin həcmi 15,7% artaraq 2 milyard 518 milyon 936,6 min manata çatıb
Fins.az xəbər verir ki,ilin birinci yarısında vergi ödəyiciləri tərəfindən həddən artıq dövlət büdcəsinə köçürülmüş vəsaitlərin miqdarı 15,7% və ya 246 milyon 337,2 min manat artıb.
Eyni zamanda, 1 iyul 2020-ci il tarixinə dövlət büdcəsinə vergi borcları 1 milyard 522 milyon 980.6 min manat (ilin birinci yarısında artım 14.9%) hesablanıb.
Vergi ödəyiciləri tərəfindən 2020-ci ilin iyul ayının əvvəlində dövlət büdcəsinə köçürülmüş vəsaitlərin miqdarı vergi ödəyicilərinin dövlət büdcəsinə vergi borclarının miqdarından 65,4 faiz çoxdur.
Müəllif:Aynur Qəniyeva