BİZNES

01 Avqust

Azərbaycan höküməti Ümumi Daxili Məhsulla bağlı proqnozunu YENİLƏYİB

 Azərbaycan hökuməti koronavirus pandemiyasının fəsadlarını nəzərə alaraq ölkənin 2020-ci il ÜDM-nə dair proqnozlarını yeniləyib.

Fins.az xəbər verir ki, yenilənmiş proqnoza görə, Azərbaycan iqtisadiyyatı 2020-ci ildə 5% azalacaq.

"May ayında Azərbaycan İqtisadiyyat Nazirliyi ÜDM-in 2020-ci ilin sonunadək 3,8% azalacağını proqnozlaşdırdı. İyul ayında proqnoz yeniləndi və hazırda ilin sonunda iqtisadi azalma təxminən 5% səviyyəsində proqnozlaşdırılır", - deyə hökumətdən bildirilib.

Pandemiyadan əvvəl Azərbaycan hökuməti ÜDM-in artımının 3% olacağını proqnozlaşdırmışdı.

2019-cu ildə Azərbaycanın ÜDM artımı 2,2% olub.