2020-ci ilin yanvar-iyun ayları üzrə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin adı açıqlanıb
Fins.az xəbər verir ki, bu barədə “İxrac İcmalı”nda 2020-cu ilin yanvar-iyun aylarını əhatə edən sayında məlumat verilib
Məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilk mövqedə qərarlaşıb.Daha sonra "AzerGold" QSC, "Azərenerji" ASC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Suraxanı Maşınqayırma Zavodu” MMC .
Müəllif:Aynur Qəniyeva