BİZNES

30 İyul

Azexport.az portalına daxil olan  ixrac sifarişlərinin həcmi  açıqlanıb -MƏBLƏĞ

 2020-ci ilin yanvar-iyun aylarında Azexport.az portalına 319,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub

Fins.az xəbər verir ki, bu  baədə “İxrac İcmalı”nda 2020-cu ilin yanvar-iyun aylarını əhatə edən sayında məlumat verilib

Məlumata görə, 2020-ci ilin iyun ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 45,6  milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 10,4 faiz artıb.

Qeyd olunur ki,2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 iyun tarixinə kimi (42 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 904,3   milyon ABŞ dolları təşkil edib.  

Müəllif:Aynur Qəniyeva