İyulun 23-də Çuvaş Respublikasının İxraca Dəstək Mərkəzində (İDM) çuvaş sahibkarların və Azərbaycandan olan potensial alıcıların ilk vebinarı keçirilib.
Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəsi Ruslan Mirsayapov və Rusiyanın Azərbaycandakı İxrac Mərkəzinin məsləhətçisi Nikolay Bondov iştirak edib.
Çuvaş tərəfindən altı çuvaş şirkəti - elektrik avadanlıqları və qapı istehsalçıları yeni əlaqələrin qurulmasına maraq göstərib. Həmçinin, vebinarda "Delovaya Rossiya " və "Opora Rossii" ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Vebinarın moderatoru İDM-nin rəhbəri Aleksandr Maslov olub.
Qeyd edək ki, mərkəz xarici tərəfdaşlarla virtual danışıqları davam etdirməyi planlaşdırır.
(c)APA